Honq Konqun rəhbərindən iqtisadi durğunluq xəbərdarlığı | Banco.az

Honq Konqun rəhbərindən iqtisadi durğunluq xəbərdarlığı

Çinin Honq Konq muxtar bölgəsinin Baş İdarəçisi Carrie Lam, yazdan bu yana təşkil edilən kütləvi etirazların sona çatması lazım olduğunu bildirib, şəhər iqtisadiyyatı və turizminə zərbə vuran hadisələrin iqtisadi durğunluq təhlükəsi yaratdığı xəbərdarlığını edib.

Lam, həftəlik mətbuat konfransında, şübhəlilərin Çinə qaytarmasını asanlaşdıran qanun layihəsinə etiraz üçün başlayan, qanunun geri çəkilməsinin ardından "demokratik islahat" tələbi ilə davam edən nümayişlərin iqtisadiyyata təsirinə dair açıqlamalar verib. 

Etirazların şəhər iqtisadiyyatını mənfi təsir etdiyini qeyd edən Lam, "Əgər bu rübdə də iqtisadiyyat azalsa iqtisadiyyat ardıcıl ikinci dəfə kiçilmiş olacaq. O zaman texniki olaraq durğunluğa girmiş olacağıq. Belə olsa 2019-cu ildə tənəzzül ilə qarşılaşacağıq",- deyib. 

Lam, iqtisadi problemlərin aradan qaldırılması üçün şəhərdə yenidən dincliyin təmin edilməsi lazım olduğunu vurğulayaraq "Çox təəssüf ki üsyançılar, bazar günü və dünən gecə yenə bəzi bəhanələrlə şiddətə müraciət etdilər" deyib. 

Hökumətin şiddətə müraciət edən etirazçıların tələblərini qarşılamasını həll olaraq görmədiyini bildirən Lam, "Şiddətə son vermədiyimiz təqdirdə başlatdığımız siyasi dialoqu davam etdirə bilmərik",- deyib.

Marja