Rosneft/Seçin: "Avropa bazarına məhdudiyyətlərdən ABŞ faydalanır" | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Rosneft/Seçin: "Avropa bazarına məhdudiyyətlərdən ABŞ faydalanır"

Rusiyanın neft şirkəti "Rosneft"in rəhbəri İqor Seçin, ABŞ-ın Avropaya neft ixracını ötən il 2,5 dəfə artırdığını bildirərək, "ABŞ neftinin qlobal bazar payındakı artımı, çox zaman siyasi metodlarla təmin olunur. Avropa bazarına yönəlmiş məhdudiyyətlərdən ən çox ABŞ faydalanır",- deyib.

Seçin, İtaliyanın Verona şəhərində keçirilən Avrasiya İqtisadi Forumunda çıxışında, neft bazarlarına ilə bağlı fikirlərini bildirib.

Qlobal neft tələbinin 2040-a qədər artmasını gözlədiklərini qeyd edən Seçin, "Tələbatı ödəmək üçün neft şirkətlərinin hasilatlarını 2030-a qədər gündəlik 30 milyon barrel səviyyəsində artırmaları lazımdır",- ifadəsini istifadə edib.

Neftin, qlobal enerji istehlakında payının 2040-a qədər 34%-dən 30%-ə geriləyəcəyi proqnozunu səsləndirən Seçin, qlobal enerji bazarında fiziki istehlak həcmindəki artım göz önünə gətirildikdə, bu dövrdə neft tələbinin isə ən azı 10 faiz artacağını deyib.

Seçin, neft bazarlarındakı qeyri-sabitliyin nəzərə alınması lazım olduğunu vurğulayaraq, "Dünyadakı ticarət və sanksiya münaqişələri böyüyür. Yaradılan iqtisadi əlaqələr dağılma prosesinə girmiş durumdadır",- deyib.

ABŞ-ın sanksiyaları istifadə edərək neft bazarlarında üstünlük təmin etdiyini qeyd edən Seçin bildirib:

"ABŞ Avropaya neft ixracını ötən il 2,5 dəfə artırıb və 23 milyon tona qaldırıb. ABŞ neftinin qlobal bazar payındakı artımı, çox zaman siyasi üsullarla, "açar" oyunçuları saf-çürük etməklə təmin olunur. Avropa bazarına yönəlmiş məhdudiyyətlərdən ən çox ABŞ faydalanır".

Marja