2020-ci ildə Azərbaycanda karbamid istehsalı 2,5 dəfə artacaq | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

2020-ci ildə Azərbaycanda karbamid istehsalı 2,5 dəfə artacaq

Gələn il Azərbaycanda 500 min ton karbamid istehsalı proqnozlaşdırılır.

Bu barədə Azərbaycan Respublikasının 2020-cu il dövlət büdcəsinin zərfində göstərilib.

2021-ci ildə karbamid istehsalının 620 min ton, 2022-ci ildə 640 min ton, 2023-cü ildə 650 min ton olacağı proqnozlaşdırılır.

2019-cu il üzrə proqnoz 200 min ton təşkil edir.

Xatırladaq ki, Azərbaycanda karbamid istehsalı SOCAR-ın Karbamid zavodunda həyata keçirilir. Sumqayıt şəhərində yerləşən və illik 650-660 min ton karbamid istehsalı gücünə malik olan SOCAR-ın Karbamid zavodu istismara bu il yanvarın 16-da verilib. Zavodun istehsal həcminin təqribən 70%-i ixrac üçün nəzərdə tutulub ki, bu da ölkəyə illik 160 mln. dollara qədər həcmdə əlavə gəlirin daxil olmasına imkan verəcək. 

Report.az