ABŞ-da xam neft ehtiyatlarının artması qiymətlərin yüksəlməsinin qarşısını alır | Banco.az

ABŞ-da xam neft ehtiyatlarının artması qiymətlərin yüksəlməsinin qarşısını alır

ABŞ-da xam neft ehtiyatlarının ardıcıl 6 həftə artması ilə əlaqədar olaraq neft qiymətləri yüksələ bilmir. 

Özəl sektorun maliyyələşdirdiyi  Amerika Neft İnstitutunun (API) məlumatlarına görə, ABŞ-da xam neft ehtiyatları ötən həftə 4.45 milyon barel artıb. Rəsmi göstəricilər isə Çərşənbə günü açıqlanacaq.

Qlobal neft təklifinin artdığı bir şəraitdə ABŞ-Çin ticarət müharibəsin də tələbə mənfi təsir edir. Qlobal iqtisadiyyatın yavaşlaması ilə neftə tələb azalır. Neft qiymətləri, OPEC və tərəfdaşlarının Aprel ayındakı toplantısından bəri  təxminən 18 faiz düşüb. Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və tərəfdaşları tələbə   görə narahatdırlar və Dekabr toplantısında hasilatın daha da azaldılmasını müzakirə edəcəklər. 

Analitiklər bildirirlər ki, əgər ABŞ-ın rəsmi neft ehtiyatları göstəriciləri də API-nin məlumatlarına paralel çıxarsa, xam neft bazarında olduqca sərt bir reaksiya ilə satış başlaya bilər (neft qiymətləri daha da düşər).   

Bakı vaxtı ilə saat 11:10-a olan məlumata görə, Qərbi Texas neftinin (WTI) barelinin qiyməti 40 sent düşərək 54.08 dollara, Brent neftinin qiyməti isə 30 sent düşərək 59.40 dollara geriləyib.

Report.az