Texnologiyanın inkişafı onlayn ödənişlərin sayını artırmaqdadır. Banklar da bu yenilikləri nəzərə alaraq öz kredit kartlarını təklif edirlər. Kredit kartları vasitəsilə istər mağazalarda alış-veriş zamanı, istərsə də digər ödəniş və haqların nağdsız ödəmənin həyata keçirilməsini təmin edir. Bəs hansı bank müştərilərə daha sərfəli kredit kartı təklif edir?
Bankların təklif etdiyi kredit kartlarının şərtləri ilə Banco.az tərəfindən hazırlanmış aşağıdakı cədvəldən ətraflı tanış ola bilərsiniz. Qeyd edək ki, banklar arasında ən sərfəli faiz dərəcəsi ilə Rabitəbank ilk sıradadır.
Həmçinin bax: Ən sərfəli taksit kartı hansıdır? - ARAŞDIRMA
Banklar |
Məbləğ (AZN) | Faiz dərəcəsi | Müddət |
Rabitəbank |
3 000-dək | 14,9% | 36 ay |
Xalq Bank |
500-50 000 | 16-20% | 2-12 ay |
Naxçıvan Bank |
25 000-dək | 18% | 12 ay |
Günay Bank |
500-100 000 | 20-24% | 12 ay |
Nikoil Bank |
300-30 000 | 22% | 6-36 ay |
Accessbank |
10 000 | 24% | 36 ay |
ASB | Əmək haqqının 2 mislinədək | 24% | 36 ay |
NBC Bank |
1 000 000 | 24% | 12 ay |
Bank Respublika |
500-10 000 | 24-28% | 12 ay |
Beynəlxalq Bank |
5 000-dək | 24-28% | 12 ay |
Turan Bank |
500-5 000 | 24% | 12 ay |
AFB Bank |
5 000-dək | 25% | 12 ay |
Kapital Bank |
- | 25% | 60 ay |
Azer Türk Bank |
500-5 000 | 25-26% | 12-24 ay |
Bank Avrasiya |
20 000-dək | 26% | 24 ay |
Bank of Baku |
300-3 000 | 26% | 24 ay |
Bank VTB |
300-10 000 | 27-28% | 12-24 ay |
AG Bank |
300-5 000 | 28% | 12-24 ay |
Amrahbank |
300-5 000 | 28% | 3-12 ay |
AtaBank |
500-10 000 | 28% | 12 ay |
BTB Bank |
300-5 000 | 28% | 12-24 ay |
Expressbank |
500-8 000 | 28% | 24 ay |
Unibank |
5 000-dək | 29% | 84 ay |
Tərlan Qəhrəmanova, Banco.az