Azərbaycan cari ilin yanvar-sentyabr aylarında ən çox Rusiyadan məhsul idxal edib. Dövlət Gömrük Komitəsindən bildirilib ki, 9 ayda ölkəyə ən çox Rusiya ilə yanaşı, İsveçrə və Türkiyədən məhsul idxal olunub. Rusiyadan idxalın dəyəri 1 milyard 605 milyon 411 min ABŞ dolları, İsveçrədən 1 milyard 201 milyon 315 min dollar, Türkiyədən isə 1 milyard 150 milyon 108 min dollar olub.
Ən çox məhsul idxal olunan ölkələrin adları açıqlanıb
![](https://banco.az/sites/default/files/news/en_cox_mehsul_idxal_olunan_olkelerin_adlari_aciqlanib.jpg)
![](/sites/all/themes/bancoaz/logoaz.png)