Avropa İttifaqının bu gün keçirilən sammitində Kristin Laqard Avropa Mərkəzi Bankının sədri vəzifəsinə təsdiqlənib.
O, noyabrın 1-dən vəzifə səlahiyyətlərinin icrasına başlayacaq.
Xatırladaq ki, K.Laqard vaxtilə Beynəlxalq Valyuta Fondunun rəhbəri olub və yeni vəzifəsində Mario Draqini əvəz edəcək.
Report.az