“ENSİS” Hüquq Şirkəti və “Expresspay” əməkdaşlığa başladı | Banco.az

“ENSİS” Hüquq Şirkəti və “Expresspay” əməkdaşlığa başladı

“ENSİS” Hüquq Şirkəti “Expressbank”ın ödəməsistemi olan “ExpressPay” ilə əməkdaşlığa başlamaqla ödənişləriterminallar vasitəsi ilə qəbul edən yeganə hüquq şirkəti kimi ilkə imza atıb.

“ENSİS”dən saytımıza verilən məlumata görə, artıq “ENSİS” Hüquq şirkətinin istifadəçiləri onlara göstərilən hüquq xidmətlərinə görə ödənişləri “ExpressPay” ödəmə sistemi vasitəsilə həyata keçirə bilərlər.

Bununla da, üzvlük əsaslı hüquq xidmətlərinin göstərilməsi beynalxalq təcrübəsini “Hüquq Kartları” vasitəsi iləölkəmizdətətbiq edən “ENSİS” Hüquq Şirkəti ödənişlərinnağdsız qaydada - həm onlayn, həm dəterminallar vasitəsi iləaparılmasını həyata keçirən ilk yerli hüquq şirkəti adını qazandı.

Qeyd edək ki, bundan öncə “ENSİS” Hüquq Şirkəti www.ensis.az saytı vasitəsi ilə də onlayn ödəniş sistemini aktivləşdirmiş və hüquq xidmətləri istifadəçilərinəödənişləri elektron qaydada həyata keçirmə imkanı yaratmışdır.