Qeyri kredit inzibatlaşdırılması şöbəsinin müdiri
Qeyri kredit inzibatlaşdırılması şöbəsinin müdiri
Tələblər:
- Ali təhsil ;
- Sahə üzrə ən azı 3 il iş təcrübəsi;
- İngilis və ya rus dili biliyi;
- MS office: Excel, PowerPoint mükəmməl bilmək;
- Analitik qabiliyyət və işgüzar fəallıq;
- Liderlik və idarəetmə qabiliyyəti;
- İdarəetmə bacarıqları ;
- Səmərəli ünsiyyət qurmaq bacarığı;
- Komanda ilə işləmə və qərar qəbul etmə qabiliyyəti;
- İşlərini planlaşdırma bacarığı;
- Məsuliyyətlilik.
Vəzifə öhdəlikləri :
· Bütün Satış nöqtələrinin bank proqramlarında, təsdiq edilmiş limitlərə uyğun kağız daşıyıcılarında müştəri hesabların açılmasına, depozit və kredit əməliyyatlarına, ödənişlərə nəzarət və avtorizasiya.
· Maliyyə nəzarəti çərçivəsində MD satış nöqtələrinin əməliyyat xidmətinin mütəxəssisləri ilə qarşılıqlı əlaqənin təşkili, nəzarəti və koordinasiyası və məsələlərin baxılmaq üçün rəhbərliyə təqdim edilməsi.
· Növbəti nəzarət və avtorizasiyanı tələb edən bütün əməliyyatların SN-də təsdiqi.
· Müştərilərin xidməti ilə bağlı əməliyyatların mühasibat uçotunda əks etdirməsinə nəzarət.
· Valyuta rejiminin riayətinə nəzarət.
· İdxal-ixrac əməliyyatlarına nəzarət etmə və filialardan gələn gömrük bəyannamələrin Hökümət portalına yüklənməsi.
· İxrac müqavilələri üzrə gündəlik əməliyyatların izlənməsi və nəzarəti.
· İdxal-ixrac müqaviləsi ilə işləyən müştəri bazasının formalaşdırması üzrə məsul şəxs.
· İdxal-ixrac əməliyyatları ilə bağlı hesabatların vaxtında Palataya və rəhbərliyə təqdim olunması üzrə məsul şəxs.
CV-lərinizi mövzu sətrində vakansiyanın adını (Qeyri kredit inzibatlaşdırılması şöbəsinin müdiri)qeyd edərək, [email protected] elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.