Breksit və ABŞ-Çin ticarət danışıqlarına dair verilən müsbət şərhlər, avro, funt və neftin bahalaşmaqda daha da davam edə biləcəyinə əsas verir.
EUR, GBP və Brentdə bahalaşma
Beynəlxalq valyuta birjalarında Breksit və ABŞ-Çin ticarət danışıqlarına dair verilən müsbət şərhlər avro, funtun və neftin bahalaşmasına, qızılın isə ucuzlaşmasına səbəb olub.
1.10$-ın üzərində ticarət edilən EUR/USD məzənnəsinin 1.1060$, 1.24$-ın üzərində dalğalanan GBP/USD məzənnəsinin 1.2580$, Avropanın Brent markalı neftinin qiyməti isə 61$-a kimi dəyər qazana bilər.
Qızılda ucuzlaşma
Əlvan metallar bazarlarında isə qlobal siyasi və iqtisadi risklərin azalması gözləntilər, qızılda ucuzlaşmaya səbəb olub. Bir unsiya üzrə qiymətin 1484$-a kimi də dəyər itirə biləcəyi proqnozlaşdırılır.
InvestAz