Kapital Bank
Texniki dəstək şöbəsinin kiçik mütəxəssisi
Vakansiya haqqında məlumat:
Texniki dəstək şöbəsinin kiçik mütəxəssisi
Kapital Bank namizədləri İT İnfrastruktur departamentinin Texniki dəstək şöbəsinin kiçik mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
- Bankın infrastrukturunda istifadə olunan proqram təminatlarının dəstəklənməsi;;
- Bankın kompüter və digər avadanlıqlarının dəstəklənməsini təmin etmək;
- Bankda istifadə edilən poçt və servisləri sazlamaq və onların monitorinqi aparmaq;
- Sistem resurslarının daha səmərəli istifadəsi, təkmilləşdirilməsi üçün araşdırmalar aparmaq;
- Bankın sistemlərində mövcud olan problemlərin aradan qaldırılmasında iştirak etmək;
- Mövcud biznes proseslərin və istifadə olunan məlumatların vaxtaşırı təsnifləşdirilməsini həyata keçirmək;
- Şöbə rəisi tərəfindən ona həvalə edilmiş digər öhdəlikləri yerinə yetirmək;
- Əmək müqaviləsi, departamentin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra etmək.
Tələblər
- Texniki sahədə ali təhsil və ya peşə təhsili;
- Əla səviyyədə Azərbaycan, yaxşı səviyyədə Rus dili biliyi;
- Yeni texnologiyaların öyrənilməsi və tətbiqi bacarığının olması;
- Qısa müddət ərzində problemi aşkar etmək və aradan qaldırmaq bacarığı;
- Məsuliyyətli olmaq, topladığı təcrübəni bölüşmək bacarığı;
- Əla ünsiyyətqurma bacarığı;
- Komandada işləmək bacarığı.
CV-lərinizi, mövzu hissəsində “İT İnfrastruktur departamentinin Texniki dəstək şöbəsinin kiçik mütəxəssisi” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.