Rusiya: "Neftə tələb azalıb" | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Rusiya: "Neftə tələb azalıb"

Rusiyanın Energetika naziri Aleksandr Novak, qlobal iqtisadiyyatdakı ləngimə səbəbindən neft tələbinin düşdüyünü bildirərək, "Qlobal neft tələbi artımı bu il 2018-ci illə müqayisədə sutkada 500 min barel azalıb",- deyib.

Novak, Rusiyanın paytaxtı Moskvada Rusiya Enerji Həftəsi çərçivəsində təşkil olunan "Qeyri-sabit Bir Dünyada Enerji Asılılığını Qorumaq" adlı sessiyada neft bazarlarındakı proseslər ilə bağlı çıxış edib. 

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və OPEC-ə üzv olmayan neft istehsalçıları olaraq bazarda bir böhran vəziyyəti görmədiklərinə işarə edən Novak, "Ancaq bazarda böhran vəziyyəti olarsa, neft hasilatını artırıb və ya azaldıb müdaxilə edə bilərik. Son 3 ildir ki, belə edirik və bu bazarların tənzimlənməsinə kömək olur",- deyib.

Novak, qlobal iqtisadi inkişafın 2019-da 3 faiz ətrafında olmasının gözlədiyini dilə gətirərək, "Ticarət müharibələri səbəbindən ABŞ, Avropa Birliyi və Çində baş verən iqtisadi yavaşlama neft tələbinə mənfi təsir edir. Qlobal neft tələbi artımı bu il 2018-ci illə müqayisədə sutkada 500 min barel azalıb",- deyib.

Neft qiymətlərinin ən çox ABŞ-ın neft ehtiyatlarına dair statistik məlumatlardan "əziyyət çəkdiyini" qeyd edən Novak, "Əlbəttə ki, ABŞ dünyanın neft ehtiyatının sahibi deyil, ancaq bazar bundan təsirlənir", - ifadəsini istifadə edib.

Marja