Oktyabrın 9-10-da "Expressbank" ASC-nin xidmətlərindən istifadədə fasilələr yaranacaq.
Bu barədə Bankın müştərilərinə müraciətində bildirilir.
Müraciətdə deyilir ki, "Expressbank"ın xidmət səviyyəsinin artırılması məqsədi ilə bir sıra işlər görüləcək. Odur ki, oktyabrın 9-10-da Bankın ATM-lərindən, yalnız oktyabrın 10-da, saat 14:00-dan 22:00-a qədər Bankın bütün növ kartlarından və onlayn xidmətlərindən istifadə etmək mümkün olmayacaq.
Report.az