"Morgan Stanley"in valyuta strateqi Fed-in valyuta bazarını rahatlaşdırmaq üçün atdığı addımların Dollar İndeksinin bir ildən uzun bir müddətin ən aşağı səviyyəsinə düşməsinə səbəb olacağını deyib
"Morgan Stanley"in valyuta strateqi e-poçt vasitəsilə müştərilərə göndərdiyi analizdə, Fed-in ABŞ pul bazarlarında sakitliyi təmin etmək üçün xəzinə istiqrazı alışlarını davam etdirməsi çağırışlarını nəzərə alması halında, Dolların, bir ildən uzun bir müddətdən öncə görülən səviyyələrə geriləyəcəyini bildirib.
"Morgan Stanley"in qlobal meneceri Hans Redeker, "Mərkəzi bankın istiqraz alışları ehtiyatlara 250 milyard dollar əlavə etməsi vəziyyətində ABŞ Dolları İndeksi Yanvara qədər 95-ə, gələn ilin sonuna qədər 91-ə geriləyə bilər",- deyib.
Dollar İndeksi (DXY) saat 11:30-da 99.26 səviyyəsində olub.
Redeker, "Ehtiyat yüksələrkən dollar düşür. Bu münasibət 2014-dən bəri sabit idi",- deyib. O, dolların bazardakı dollar təklifindəki artıma görə təzyiqlə qarşı-qarşıya olduğunu əlavə edib.
Fed-in 200 milyar dollar ilə 500 milyar dolar arasında istiqrazlar alaraq dövriyyəyə əlavə Dollar kütləsi buraxacağı gözlənilir.
Marja