OBA marketlərdə alman məhsullarının satışına başlandı | Banco.az

OBA marketlərdə alman məhsullarının satışına başlandı

OBA marketlər şəbəkəsi Almaniyanın tanınmış kosmetika və təmizlik vasitələrinin pərakəndəçisi, dünyada 4500-dən çox filialla fəaliyyət göstərən “Rosmann”  marketlər  şəbəkəsinin məhsullarının idxalına start verib. Artıq Bakıda OBA marketlərdə Almaniya istehsalı  olan İSANA markalı və müxtəlif çeşidli saç şampunları, duş geli, antipesprant, sabunlar və digər gigiyenik vasitələri daha ucuz qiymətə əldə etmək mümkün olacaq.

OBA-dan verilən məlumata görə alman məhsullarının idxalı üçün “Rosmann”la artıq müqavilə bağlanılıb. Ölkəmizə gətirilən ilk partiya məhsullar isə şirkətin bütün marketlərində satışa çıxarılıb. 

Ən sərfəli kredit üçün müraciət et

Azərbaycanda ilk “discount market” (endirimli market) şəbəkəsi olan OBA müştəri məmnunluğunu təmin etmək, keyfiyyətli məhsulları daha uyğun qiymətə təqdim etmək üçün daima axtarışlarını davam etdirir. Şəbəkə müştərilərinə keyfiyyətli məhsulları daha uyğun qiymətə təqdim edərək, digər marketlərə nisbətdə qiymətdə 10-25% daha ucuzdur. 

Burada digər marketlərdə təqdim olunan brend məhsulların daha uyğun qiymətə təklif olunması ilə yanaşı OBA-ya aid şəxsi marka məhsullar da satılır. Şəxsi markalar OBA-nın sifarişi ilə Azərbaycanın ən etibarlı müəssisələrində, eyni zamanda Türkiyədə, Rusiyada, Ukrainada, Hindistanda, Şrilankada, Almaniyada, Belarusiyada və digər ölkələrdə fəaliyyət göstərən beynəlxalq  şirkətlər tərəfindən istehsal edilir.

Ən sərfəli krediti almaq üçün müraciət et