“Azerspace-2” peyki indiyə qədər 14 milyon dollar gəlir gətirib | Banco.az

“Azerspace-2” peyki indiyə qədər 14 milyon dollar gəlir gətirib

Bu gün “Azerspace-2” peykinin orbitə buraxılmasından bir il ötür.

Bu barədə “Azərkosmos” ASC-nin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, peyk bu ilin fevral ayından kommersiya fəaliyyətinə başlayıb, onunla Afrikada 80-dən çox şifrəli kanal yayımlanır. Yeddi ay ərzində “Azerspace-2”nin tutumlarının 80%-i ödənişli əsaslarla istismar olunub və 14,1 milyon ABŞ dolları gəlir əldə edilib.

Report.az