Naxçıvanda əsas kapitala vəsait qoyuluşları bir ildə 1,3% artıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Naxçıvanda əsas kapitala vəsait qoyuluşları bir ildə 1,3% artıb

Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında bütün maliyyə mənbələrindən əsas kapitala vəsait qoyuluşları 654 mln 443 min 600 manat təşkil edib.

Bu da bir il öncəki göstəricidən 1,3% çoxdur.

Əsas kapitala yönəldilmiş vəsaitin 631 mln 634 min 500 manatı və ya 96,5%-i tikinti-quraşdırma işlərinin payına düşüb.

Xatırladaq ki, 2018-ci ilin yanvar-avqust aylarında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 646 mln 45 min manat vəsait yönəldilib. 

Report.az