Azərbaycanın Türkiyəyə ixracının dəyəri 61% artıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Azərbaycanın Türkiyəyə ixracının dəyəri 61% artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan və Türkiyə arasında ümumi dəyəri 2 714,089 milyon ABŞ dolları olan ticarət dövriyyəsi həyata keçirilib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 628,192 milyon dollar və yaxud 30,1% çoxdur.

Hesabat dövründə iki ölkə arasında həyata keçirilən ticarət dövriyyəsi ümumi dövriyyənin 11,85%-ə bərabər olub.

8 ay ərzində  Azərbaycanın Türkiyəyə ixracının dəyəri 1 739,092 milyon dollar təşkil edib ki, bu da illik müqayisədə 655,734 milyon dollar və yaxud 60,5% çoxdur.

Bu müddətdə Azərbaycanın Türkiyədən idxalının dəyəri isə 974,996 milyon dollar təşkil edib ki, bu da illik müqayisədə 27,541 milyon dollar və yaxud 2,75% azdır.

Azərbaycanın qardaş ölkəyə ixracı ümumi ixracın 12,9%-nə, idxalı isə ümumi idxalın 10,4%-nə bərabər olub. 

Report.az