2050-ci ilə qədər dünyanın 7 inkişaf etməkdə olan ölkəsi - Çin, Hindistan, Braziliya, Rusiya, İndoneziya, Meksika və Türkiyə (E7 ölkələri) qlobal iqtisadiyyada payını indiki 35%-dən 50%-ə çatdıracaq.
Bu proqnozla Böyük 4-lüyə daxil olan PWC audit şirkəti çıxış edib.
Məlumatda deyilir ki, hazırda E7 ölkələrinin payı 7 inkişaf etmiş ölkənin - ABŞ, Kanada, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya və Yaponiyanın (G7 ölkələri) payı ilə eynidir. Halbuki, 1995-ci ildə E7 ölkələri iqtisadi gücünə görə G7 ölkələrindən 2 dəfə geri qalırdı. 30 ildən sonra bunun əksi olacaq.
Qeyd edək ki, 2050-ci ilə qədər qlobal iqtisadi artımın 130% təşkil edəcəyi proqnozlaşdırılır.
Report.az