ABŞ-lı texnologiya şirkəti Google-ın İcraçı direktoru Sundar Pichai, Avropadakı data mərkəzlərini genişləndirmək məqsədilə 3 milyard avro əlavə sərmayə qoyulacağını bildirib.
Pichai, əlavə qoyuluşlarla 2007-dənbəri Google-ın Avropadakı sərmayələrinin ümumi həcminin 15 milyard avroya çatacağını bildirib.
Pichai, yeni əlavə investisiyaların Avropa İttifaqında məşğulluğu dəstəkləyəcəyini də vurğulayıb.
Google-ın bərpa olunan enerjiyə intensiv investisiya qoyduğunu bildirən Pichai, Avropa ittıfaqında külək və günəş kimi bərpa olunan enerji mənbələrinə 1 milyard avro sərmayə qoyacaqlarını bildirib.
Googleın Finlandiya, Hollandiya, İrlandiya və Belçikada data mərkəzləri yerləşir.
Marja