Azərbaycanın qiymətli kağızlar bazarına daha bir investisiya şirkəti daxil ola bilər.
"Muğan Bank” ASC “Muğan Kapital İnvestisiya Şirkəti” ASC-ni təsis etməyi planlaşdırır.
Maliyyə Bazarlarına Nəzarət Palatası Bankın bu istəyinə müsbət yanaşsa, ölkədəki investisiya şirkətlərinin sayı 9-a çatacaq. Onu da qeyd edək ki, “Muğan Bank”la yanaşı, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin də eyni planı var.
Report.az