Çin Mərkəzi Bankı (PBOC) 1 illik bank kreditləri üçün istinad faiz nisbətini azaldıb. Bank, bir illik kreditlər üçün əsas faiz nisbətini (LPR) 4.25%-dən 4.2%-ə endirib.
PBOC, Avqust ayında tətbiq etməyə başladığı ana faiz nisbətini hər ayın 20-sində açıqlayır. Yeni istinad faizinin tətbiq olunmağa başlandığı Avqust ayı ərəfəsində bir illik borcvermə faizi 4.35% idi.
Yuan, mərkəzi bank bank kreditləri üçün istinad faizni aşağı saldıqdan sonra dəyər qazanıb.
Bank beş illik kreditlər üçün istinad faizini 4.85%-də sabit saxlayıb.
Çin Mərkəzi Bankı real sektorun maliyyələşmə xərclərini azaltmaq üçün faiz azaldır.
Marja