Qazaxıstanın Şimkənd şəhərindəki transformator avadanlığı istehsal edən zavod xarici bazarlara çıxmağı və qonşu ölkələrə, o cümlədən Azərbaycana transformator ixracına başlamağı planlaşdırır.
Zavodda istehsal olunan məhsulların 50%-nin xarici ölkələrə ixrac ediləcəyi gözlənilir.
“Transformatorlarımızı Qırğızıstan, Özbəkistan, Azərbaycan, Tacikistan və Türkmənistan kimi ölkələrə göndərməyi planlaşdırırıq. Coğrafi yaxınlığı nəzərə alaraq, çatdırılmaları operativ şəkildə edəcəyik", - layihə rəhbəri Yerkebulan İlyasov deyib.
Qeyd edək ki, Şımkənd transformator zavodu gərginliyi 110 kilovattdan 500 kilovatta qədər olan elektrik cihazları istehsal edir. Zavodun istehsal gücü ildə 120 transformatordur.
Report.az