"İqtisadi əlaqələrin inkişafı üçün ticarət yetərli deyil, investisiyaların həcmi artırılmalıdır" | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

"İqtisadi əlaqələrin inkişafı üçün ticarət yetərli deyil, investisiyaların həcmi artırılmalıdır"

"Azərbaycanla Türkiyə arasında 2018-ci ildə ticarət dövriyyəsinin həcmi 2017-ci ilə nisbətən, təxminən, 30 faiz artaraq 3,4 milyard ABŞ dollarına çatıb". Bu fikirləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, bu rəqəm kifayət deyil: "2015-ci ildən sonra ticarət dövriyyəmizin 5 milyard dollarlıq səviyyəsi olub. Əsas məqsədimiz qısa zamanda həmin rəqəmi bərpa etmək və daha da artırmaqdır".

Səfir Türkiyənin Vitse-prezidentinin bir neçə gün əvvəl Bakıya etdiyi səfər barədə də danışıb və hökumətlərarası komissiyanın apardığı müzakirələrdə əsas məsələnin iqtisadi əlaqələrin daha da genişləndirilməsi olduğunu vurğulayıb: "İqtisadi əlaqələrin daha da genişləndirilməsi vacibdir. Bunun üçün ticarətin yetərli olmadığını düşünürük. Hesab edirik ki, investisiyaların məbləği artırılmalıdır. Bundan sonra ona fokuslanacağıq".