Azərbaycanda neft hasilatının cüzi artacağı proqnozlaşdırılır | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Azərbaycanda neft hasilatının cüzi artacağı proqnozlaşdırılır

Azərbaycan Energetika Nazirliyi 2020-ci ildə ölkədə neft hasilatının cüzi – 39 mln. tonadək artımını proqnozlaşdırır.

Bunu energetika naziri Pərviz Şahbazov deyib.

“Əsas vəzifəmiz neft hasilatının stabil səviyyəsinin qorunmasıdır. Bununla əlaqədar, 2019-cu ildə Azərbaycanda 38 mln. ton səviyyəsində həcm proqnozlaşdırılır. 2020-ci ildə bu göstəricinin bir qədər – 39 mln. tonadək artımını proqnozlaşdırırıq. 2021-ci ildə də analoji həcm proqnozlaşdırılır”, - Şahbazov cümə axşamı mətbuat konfransında bildirib.

© İnterfaks-Azərbaycan