“AGBank”ın vəziyyəti və səhmdarları AÇIQLANDI | Banco.az

“AGBank”ın vəziyyəti və səhmdarları AÇIQLANDI

“AGBank”ın səhmdarlarının sayı dəyişməyib. Son bir ildə bankın səhmdarlarının sayı olduğu kimi qalıb.

Belə ki, hazırda “AGBank”ın fiziki şəxs olan səhmdarlarının sayı - 60, hüquqi şəxs olan səhmdarlarının sayı isə  22-dir.

Qeyd edək ki, “AGBank” ölkədə ən çox səhmdarı olan 3 bankdan biridir. Bankın 82 səhmdarı var.

Xatırladaq ki, bank bu ilin birinci yarısında 897 min manat xalis zərər edib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 6 dəfə azdır.

Bu ilin birinci yarısında bank müştərilərə 77,8 milyon manat kredit verib. Cari ilin ilk 6-ayında fiziki şəxslərin bankdakı depozitləri 17,9 milyon manat və ya 42% artaraq 60 milyon 434 min manat təşkil edib.

Fed.az