"Fed risklərə qarşı sığortalanmaq üçün faiz endirib" | Banco.az

"Fed risklərə qarşı sığortalanmaq üçün faiz endirib"

ABŞ Mərkəzi Bankının (Fed) sədri Cerom Pauel, Sentyabr iclasının ardından keçirilən mətbuat konfransında çıxış edib.

Pauell, "Fed ABŞ iqtisadiyyatını güclü saxlamaq və risklərə qarşı sığortalanmaq üçün faiz endirib",- deyib. 

Fed 11 il sonra ard-arda ikinci dəfə faiz endirib.

Bu gün Fed-in Federal Açıq Bazar Komitəsinin (FOMC) Sentyabr toplantısında proqnoza paralel olaraq 25 bənd faiz endiriminə gedilib. Beləliklə, Fed faizi 2 faiz - 2,25 faiz aralığından 1.75 faiz - 2 faiz aralığına endirib.

HƏMÇİNİN OXUFed faiz qərarını açıqladı

Fed sədri prosesləri izlədiklərini, "Brexit" və ticarət müharibəsinin qeyri-müəyyənlik yaratdığını bildirib. Cerom Pauel qlobal iqtisadi artımın, qlobal ticarətin və investisiyaların azaldığını qeyd edib.

Marja