3 mobil operatorun 8 aylıq gəlirləri açıqlanıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

3 mobil operatorun 8 aylıq gəlirləri açıqlanıb

Azərbaycanın 3 mobil operatoru 2019-cu ilin 8 ayı ərzində 579 milyon manat gəlir əldə ediblər.

2019-cu ilin yanvar-avqust ayları ərzində informasiya və rabitə müəssisələri 1 milyard 397,2 milyon manatlıq xidmət göstərmişdir ki, onun da 72,5 faizi əhali tərəfindən istehlak olunmuşdur.

2018-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 17,6 faiz artmış, bu sahədə əldə edilmiş gəlirin 83 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür.

Xidmətlərdən əldə edilən gəlirin 41,4 faizi və ya 579 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşmışdır.

Qeyd edək ki, Azərbaycanda 3 operator mobil telefon rabitəsi xidmətləri göstərir. 

Marja