Neft gecə Trampın "hücuma hazırıq" mesajı ilə 10 faiz bahalaşdı | Banco.az

Neft gecə Trampın "hücuma hazırıq" mesajı ilə 10 faiz bahalaşdı

ABŞ Prezidenti Donald Tramp, Səudiyyə Ərəbistanına aid neft obyektlərini vuranları bildiklərini və "ehtimal bir hücuma hazır olduqları" mesajını verib. Mesajın ardından Brent neftinin qiyməti 60 dollardan 71 dollara qalxıb.

ABŞ Prezidenti Donald Tramp, Səudiyyə Ərəbistanına aid neft obyektlərinin vurulmasına dair açıqlama verib.
 
Tramp açıqlamasında, "Səudiyyə Ərəbistanının neft sahəsi hücuma məruz qaldı. Cinayətkarı bilirik. Biz hədəfi nişan almışıq və silahlarımız doludur. Amma  bu hücum edənin kim olduğunu Krallıqdan (Səudiyyə Ərəbistanı) eşitməyi gözləyirik", -ifadələrini istifadə edib.

Tramp, Ər-Riyaddan gələcək cavaba görə hansı şəraitdə hərəkətə keçəcəklərini müəyyən edəcəklərini bildirib.

Gərginlik ilə əlaqədar olaraq neft qiymətləri kəskin yüksəlib. Brent neftinin qiyməti 10 faiz qalxaraq 66,22 dollara çatıb (Bakı vaxtı ilə saat 08:00-a olan məlumat).

Bu gün bazarlar açılan zaman Brent neftinin qiyməti 71,95 dolları, ABŞ xam neftinin qiyməti isə 64,41 dolları görüb.

"BAZALARDAKI NEFT EHTİYATLARI İSTİFADƏ EDİLƏCƏK"

Tramp bundan başqa, sözügedən müəssisələrə edilən hücumun ardından ABŞ-da neft bazarında hər hansı bir dalğalanma olmaması üçün bazalardakı ehtiyatların "ehtiyaca görə" istifadəsinə razılıq verdiyini də bildirib.

Səudiyyə Ərəbistanının milli neft şirkəti "Saudi Aramco"ya məxsus 2 obyektə şənbə günü yerli vaxtla saat 04.00-də insansız hava vasitəsilə (silahlı dron) hücum edilməsi nəticəsində yanğın baş verib.

Husilər etdikləri yazılı açıqlamada, hücumu 10 dron ilə özlərinin hazırladıqlarını bildiriblər.

Yəməndəki İranın dəstəklədiyi Husilər, son zamanlar dronlar ilə Səudiyyə Ərəbistanının bəzi bölgələrini hədəf alırlar.

Uzun müddətdir siyasi qeyri-sabitliyin hökm sürdüyü Yəməndə, Husilər ilə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) dəstəklədiyi hökumətə bağlı qüvvələr arasında qarşıdurmalar baş verir.

marja