Azərbaycanda fəaliyyət göstərən 30 bank bu ilin I yarısını 433,4 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da onların bu il iyulun 1-nə malik olduqları 4 milyard 788 milyon 282 min manat məbləğində nizamnamə kapitalının 9,05%-i qədərdir.
Ayrı-banklarda isə sözügedən nisbət fərqlidir. Belə ki, yanvar-iyun aylarından mənfəətlə çıxmış 24 bank arasında nizamnamə kapitalından ən yaxşı istifadə edəni "Bank of Baku" ASC olub. Bu bankın əldə etdiyi mənfəət kapitalının 61,1%-ni təşkil edib. Baxmayaraq ki, "Bank of Baku" kapitalının məbləğinə görə, Azərbaycanda 25-ci bankdır.
Fəaliyyət effektivliyinə görə, 2-ci yeri "Unibank" ASC tutub. Bank ötən yarım ildə nizamnamə kapitalının 49,7%-i qədər mənfəət əldə edib. Xatırladaq ki, "Unibank" kapitalının məbləğinə görə, 30 bank arasında ölkədə 9-cudur.
Mənfəətinin kapitalına nisbətinə görə 3-cü yerə isə 10,5%-lik göstərici ilə "Kapital Bank" ASC sahib olub. Baxmayaraq ki, "Kapital Bank" nizamnamə kapitalının məbləğinə görə, ölkədə 7-cidir.
Mənfəətlə işləyən qalan 21 bankdan 3-də sözügedən göstərici 10-25% arasında, 14 bankda 1-10% arasında, 4 bankda isə 0-1% arasında dəyişir.
|
№ |
Bankın adı |
Bankın yarım illik mənfəətinin/zərərinin nizamnamə kapitalına nisbəti |
|
1 |
Bank of Baku |
61,1% |
|
2 |
Unibank |
49,7% |
|
3 |
Kapital Bank |
32,4% |
|
4 |
Azərbaycan Beynəlxalq Bankı |
24,2% |
|
5 |
Bank Respublika |
17,5% |
|
6 |
PAŞA Bank |
15,5% |
|
7 |
Azərbaycan Sənaye Bankı |
8,6% |
|
8 |
Premium Bank |
7,5% |
|
9 |
Yapı Kredi Bank Azərbaycan |
6,1% |
|
10 |
Bank Avrasiya |
5,3% |
|
11 |
Rabitəbank |
4,8% |
|
12 |
Xalq Bank |
4,3% |
|
13 |
Zıraat Bank Azərbaycan |
3,6% |
|
14 |
Naxçıvan Bank |
3,3% |
|
15 |
AFB Bank |
2,4% |
|
16 |
Express Bank |
2,3% |
|
17 |
Azər-Türk Bank |
1,5% |
|
18 |
Bank VTB Azərbaycan |
1,5% |
|
19 |
Bank BTB |
1,3% |
|
20 |
Günay Bank |
1,2% |
|
21 |
Nikoyl Bank |
0,8% |
|
22 |
NBC Bank |
0,3% |
|
23 |
Turan Bank |
0,2% |
|
24 |
Atabank |
0,1% |
|
25 |
AGBank |
-0,9% |
|
26 |
Pakistan Milli Bankı - Bakı |
-2,7% |
|
27 |
Muğan Bank |
-10,3% |
|
28 |
Amrah Bank |
-13,2% |
|
29 |
İran Milli Bankı - Bakı |
-23,0% |
|
30 |
Access Bank |
-33,4% |
|
|
Orta hesabla |
9,1% |
renkinq.az
