Beynəlxalq Bankdan təmassız ödəniş tətbiqi | Banco.az

Beynəlxalq Bankdan təmassız ödəniş tətbiqi

Azərbaycan Beynəlxalq Bankı təmassız ödəniş aparmaq üçün "IBA Pay" mobil tətbiqini təqdim edib.

"Visa Token" xidmətinin təqdimat mərasimində çıxış edən bankın Pərakəndə biznes departamentin direktor müavini Elşən Cəfərov qeyd edib ki, mobil əlavə NFC standartını dəstəkləyən "Android" əməliyyat sistemi üzərində çalışan smartfonlar üçün nəzərdə tutulub.

"Ödəniş aparmaq üçün mobil əlavədə “Visa” kartının 16 rəqəmli nömrəsini və ekranda əks olunan təhlükəsizlik kodunu daxil etmək kifayətdir. Sonrakı mərhələdə müştəri özünə daha öncədən sistemdə olan SMS xəbərdarlıq üçün qoşulmuş mobil telefon nömrəsinə daxil olan birdəfəlik şifrəni daxil edir və bundan sonra isə müştəri rahat giriş funksionallığı aktiv edir, sonra isə "Face ID" və ya "Touch ID" vasitəsilə giriş təyin edir. Təmassız ödənişi aktivləşdirmək üçün mobil tətbiqdən Visa kartına aid pəncərəyə daxil olduqda NFC aktivləşdirmə düyməsini sıxaraq kartı təmassız ödəniş aparmaq üçün hazır vəziyyətə gətirilir ki, bundan sonra istənilən təsərrüfat subyektinə xüsusi proqram təminatı ilə təchiz olunan POS-terminalda ödənişi həyata keçirə bilər", - deyə E. Cəfərov bildirib.

Ən sərfəli kredit üçün müraciət et

APA.az