"Visa" Azərbaycanda təmassız ödəniş transaksiyalarının limitini artırılmasını təklif edir | Banco.az

"Visa" Azərbaycanda təmassız ödəniş transaksiyalarının limitini artırılmasını təklif edir

Azərbaycanda təmassız (contactless) kartlarla köçürmələrin həddi 2,5 dəfə artırılaraq 20 manatdan 50 manata çatdırılıb. 

Bunu Bakıda "Visa Token" sisteminin təqdimatına həsr edilmiş mətbuat konfransında çıxış edən Maliyyə Bazarlarına Nəzarət Palatasının Maliyyə bazarlarının infrastrukturuna nəzarət idarəsinin rəisi Tamerlan Rüstəmov deyib.

T.Rüstəmovun sözlərinə görə, bu həmin kartlardan daha geniş istifadəyə şərait yaradacaq.

"Visa Inc." şirkətinin Qafqaz regionu üzrə yeni direktoru Kristina Doros isə deyib ki, Visa kartları ilə dünyada aparılan ümumi transaksiyaların təxminən 70-80%-i kontaktsız transaksiyalar təşkil edir:

Ən sərfəli kredit üçün müraciət et

"Kontaktsız transaksiya insanlara kiçik məbləğlərdə ödənişlər zamanı yaşanan problemlərdən qurtaracaq. Siz restoranlarda və ya hər hansı kafedə kofe alanda, 1 dollara qədər olan ödənişlərin plastik kart vasitəsilə ödənişi çətindir. Təmassız ödəniş zamanı isə bu çox rahat şəkildə gerçəkləşdirilə bilər. İnsanlar üçün bu cür az məbləğli ödənişlərdə təmassız ödəniş sistemi əlverişlidir. Bu xidmətin təşkili istiqamətində Azərbaycanda qanunvericilik normaları da nəzərə alınır. Aidiyyəti qurumlarla bu barədə danışıqlar aparılır ki, hər kəs bu xidmətdən rahat şəkildə istifadə etsin”.

O qeyd edib ki, təmassız ödəniş transaksiyalarının 40 dollara qədər limiti olmasına çalışılır: “Transaksiyaların 80%-i 40 dollar civarında olur. Buna görədə limit dərəcəsinin ilkin mərhələdə 40 dollar dəyərində olması düşünülür”.

Report.az