ABŞ-dan təchizatın artmasına baxmayaraq, Yaxın Şərq Asiyada xam neft təchizatının əsas mənbəyi kimi mövqeyini qoruyacaq".
Bu barədə OPEC-in baş katibi Məhəmməd Barkindo "S&P Global Platts"a müsahibəsində bildirib.
"Əlbəttə, ABŞ-da neft hasilatının artması ilə ölkə Asiyada yeni ixracatçıya çevrilib və hazırda xam neft ixracatı gündə 1 milyon bareldən çoxdur. Bununla belə, ABŞ-ın ixracatı hələ də Yaxın Şərqin Asiyanı təchizatından xeyli aşağıdadır", - M.Barkindo deyib.
Bundan əlavə, OPEC-in baş katibi bildirib ki, Asiyada neftə olan tələbatın artması yaxın gələcəkdə müxtəlif bölgələrdən gələn "qara qızıl" tərəfindən ödənilməlidir. Lakin onun fikrincə, Yaxın Şərq enerji təchizatının əsas mənbəyi olaraq qalacaq.
Report.az