Sabah iPhone 11 təqdim ediləcək | Banco.az

Sabah iPhone 11 təqdim ediləcək

Apple, 10 Sentyabr, Çərşənbə axşamı günü yeni iPhone 11 modelini təqdim edəcək. Telefonun qiyməti ilə bağlı hələ konkret bir rəqəm yoxdur. iPhone 11-in 3 kameralı  və foto çəkilişi imkanlarının daha mükəmməl olacağı gözlənilir.

"Simon-Kucher&Partners" araşdırma şirkətinin ABŞ-da 10 min 250 nəfər arasında apardığı bir sorğuya görə, sorğuda iştirak edənlərin yalnız 10%-i yeni iPhone üçün 2 min dollar kimi bir qiymət ödəməyə hazırdır.

Yeni iPhone üçün bir əvvəlki aparılan sorğuda ödənilməsi üçün hazır olunan maksimum məbləğ 1.800 dollar idi.

iPhone 11-in ən böyük rəqibinin, Samsung-un  ötən həftə Cənubi Koreyada satışa çıxan yeni telefonu Galaxy Fold olacağın gözlənilir. 

Apple-ın iPhone 11-in qiymətini nə qədər müəyyən etdiyi bilinmir. Amma müqaviləsiz qiymətin ən azı 1000 dollar (1700 manat) olacağı gözlənilir. 

Marja