Mərkəzi Bank hərraclarda dollar satışının kəskin artmasının səbəbini açıqladı | Banco.az

Mərkəzi Bank hərraclarda dollar satışının kəskin artmasının səbəbini açıqladı

"Hərraclarda hələ də satıla bilməyən əhəmiyyətli məbləğdə valyuta vəsaitləri qalıb. Bu da manatın məzənnəsini möhkəmlənmə təsiri altında saxlayır."

Dünən Azərbaycan Respublikası Dövlət Neft Fondu, 2019-cu ilin avqust ayı ərzində  Mərkəzi Bankda keçirilən hərraclarda 815,4 milyon ABŞ dolları məbləğində vəsait satdığını açıqlayıb. Fond 2019-cu ilin iyul ayı ərzində hərraclarda 434,9 milyon ABŞ dolları məbləğində vəsait satmışdı. Beləliklə, iyul ayı ilə müqayisdə Avqust ayında Fondun vəsait satışı 1,9 dəfə artıb.

Hərraclarda valyuta satışının 2 dəfəya yaxın artması diqqəti cəlb edir. Həmçinin, “yenidən hərraclarda Dollara tələb artıb?” sualını ağıllara gətirir.

Mərkəzi Bankdan cavab olaraq bildirilib:

“Dövlət Neft Fondunun avqust ayında valyuta satışlarına dair bildiririk ki, xarici ticarət balansının profisitli (müsbət saldolu) olması ilə əlaqədar valuta hərraclarında təklifin tələbi üstələməsi dinamikası davam edir. Bütövlükdə hərraclarda hələ də satıla bilməyən əhəmiyyətli məbləğdə valyuta vəsaitləri qalmışdır ki, bu da manatın məzənnəsini möhkəmlənmə təsiri altında saxlayır. Dövlət Neft Fondunun valyuta vəsaitlərinin avqust ayında satışının həcminin artması isə dövlətin xarici öhdəliklərinin qrafiki ilə bağlıdır. Belə ki, avqust ayında dövlətin vaxtı çatan xarici öhdəliklərinin həcmi 300 milyon ABŞ dollarınadək (ümumi tələbin 36,8%-i ) olmuşdur ki, bu da ötən dövrdə valyuta hərraclarında satılmamış vəsaitlər hesabına təmin olunmuşdur”.

Marja