Funt-sterlinq, Böyük Britaniyanın Baş naziri Boris Consonun Çərşənbə axşamı günkü parlament səsverməsini uduzması vəziyyətində erkən seçkiyə gedəcəyini deməsinin ardından 2,5 ilin ən aşağı səviyyəsinə düşüb.
Funt-sterlinq dollar qarşısında 1.20 səviyyəsindən də aşağı düşərək 2017-ci ilin Yanvar ayından bəri ən aşağı səviyyəni test etmişdir (məzənnə 1.1964-ü görüb).
Conson, millət vəkillərinin Brexit-in təxirə salınmasına dair Çərşənbə axşamı günü keçirəcəyi səsvermədən "müqaviləsiz Brexit vəziyyətində təxirəsalmaya gedilməsinə dair bir nəticə çıxması halında" 14 Oktyabrda erkən seçkiyə gedəcəyini söyləyib.
Millət vəkilləri Consonu, Avropa Birliyi (AB) ilə Oktyabrın ortasına qədər yeni bir razılaşmaya getməsə, Britaniyanın AB-dən müqaviləsiz şəkildə çıxmasını 31 Yanvara qədər təxirə salmağa məcbur etmək istəyir.
Marja