İyulda POS-terminalların sayı artıb | Banco.az

İyulda POS-terminalların sayı artıb

2019-cu ilin İyun ayı ilə müqayisədə İyul ayında ticarət və xidmət obyektlərində quraşdırılmış POS-terminalların sayı 386 ədəd artaraq 63 min 782 ədəd çatıb.

İyul ayındakı artıma baxmayaraq POS-terminalların sayı ötən ilin sonu ilə müqayisədə 2328 ədəd azdır. 2018-ci ilin sonunda ticarət və xidmət obyektlərində quraşdırılmış POS-terminalların sayı 66 min 110 ədəd təşkil edirdi.

POS-terminalların 38 min 41-i Bakı şəhərində, 62 min 305-si pərakəndə ticarət obyektlərində quraşdırılıb.  

İyulun 31-də sosial-iqtisadi sahə ilə bağlı müşavirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev nağdsız ödənişlər aşağı səviyyədə olduğunu bildirmiş və bu sahədə ciddi addımlar atılması barədə tapşırıqlar vermişdi:

“POS-terminalların sayı da artmalıdır. Ancaq mənə verilən məlumata görə, onların sayı artmır. Bu problem öz həllini tapmalıdır. Nağdsız ödənişlərin aşağı səviyyədə olması kölgə iqtisadiyyatını qidalandırır. Nağdsız ödənişlərin aşağı səviyyədə olması qəbuledilməzdir. Tapşırıq verirəm ki, bu məsələ təhlil edilsin və ciddi addımlar atılmalıdır".  

Marja