Fed-in iki regional rəhbəri, ayrı-ayrılıqda verdikləri açıqlamalarda, ABŞ iqtisadiyyatının qarşı-qarşıya olduğu problemlərin digər bir faiz endirimi tələb etdiyini bildiriblər.
ABŞ Mərkəzi Bankının Dallas şöbəsinin sədri Robert Kaplan və San-Fransisko şöbəsinin sədri Mari Dali, Fed sədri Cerom Pauelin Sentyabr ayında faiz endiriminin mümkün olduğu barədə mesajını dəstəkləyiblər.
Kaplan Çərşənbə günü "American Public Medias Marketplace"ə verdiyi açıqlamada, "Siyasətdə bir nizamlama etmək məcburiyyətində qala bilərik" deyib.
Kaplan qeyd edib ki, istehlakçı xərcləri güclüdür, "ancaq mərkəzi bank faizi müəyyən edərkən "gələcəyə baxmaq" vəziyyətində qala bilərik".
Digər tərəfdən, Dali isə, ABŞ iqtisadiyyatının çətinliklərlə qarşı-qarşıya olduğunu qeyd edərək, indi gözlə-gör rejimində olduğunu bildirib və "Xəndəyə düşüb ondan xilas olmağa çalışmaqdansa, xəndəyə düşməkdən çəkinmək daha yaxşıdır" şəklində bildirib.
Emal sektorunda zəiflik
Kaplan, emal sektorunda davam edən zəifliyin tez ya da gec əmək bazarına öz əksini tapacağını və bunun da istehlakçı xərclərinə mənfi təsir göstərəcəyi barədə narahatlıqlarını dilə gətirib.
Kaplan, "Əgər bunun olmasını gözləsək, çox uzun gözləmiş olacağıq" deyib və "Bu səbəbdən, bu zəifliyin davam edərək intensivləşib artmayacağını görmək üçün yüksək həyəcan vəziyyətindəyəm", - əlavə edib.
Fed keçən aykı toplantısında, səngiyən qlobal iqtisadi artımı və durğun inflyasiyaya işarə edərək, 10 ildən artıq müddətdən sonra ilk dəfə faiz aralığını 25 bənd azaldaraq 2% - 2.25%-ə endirib.
Fed sədri Pauell ötən həftə illik toplantıda etdiyi çıxışında, ABŞ iqtisadiyyatının yaxşı bir yerdə olduğunu, ancaq "mühüm risklərlə" qarşı-qarşıya olduğunu bildirmişdi.
Fed sədri, "Ticarət siyasəti qeyri-müəyyənliyi qlobal yavaşlama, ABŞ-da zəif emal sektoru və azalan investisiyalar olaraq görünür" - deyib.
Pauell, "İqtisadi artımı davam etdirmək üçün uyğun olanı edəcəyik" şəklində danışmışdı.
Marja