Bank BTB
Müştəri xidmətləri şöbəsinin baş mütəxəssisi
Vakansiya haqqında məlumat:
İş barədə məlumat
- Bank “BTB” ASC-nin mövcud tariflərinə əsasən bütün növ bank məhsul və xidmətlərinin satışını təşkil etmək;
- Bank tərəfindən təqdim edilən bank məhsulları və xidmətlər (tariflər, əmanətlər, köçürmələr, plastik kartlar və s .) barədə məlumatları müştərilərə təqdim etmək;
- Fiziki şəxslərə, onların müraciət və qanunvericiliyə uyğun olaraq bütün növ hesabların müvafiq qaydada açmaq, bu hesablar üzrə əməliyyatları aparmaq və onları bağlamaq;
- Hüquqi şəxslərin hesablarında onların müraciətinə və qanunvericiliyə əsasən əməliyyatlar aparmaq;
- Müştərinin təqdim etdiyi ödəniş tapşırığının qəbul edilməsi, düzgün tərtib olunmasının yoxlanılması;
- Müştərinin istəklərinə və bankın mövcud şərtlərinə uyğun olaraq, plastik kartların sifarişini qəbul etmək, sistemə daxil edərək müvafiq sənədləri Bank Kartları şöbəsinə təqdim etmək;
- Bankın məhsul və xidmətlərində edilən dəyişiklik və əlavələr barədə müştəriləri məlumatlandırmaq;
- Təhkim olunmuş ödəniş sistemləri və təcili pul köçürmə sistemləri üzrə əməliyyatları həyata keçirmək.
Namizədə tələblər
- Vahid komandada işləmək qabiliyyəti;
- Azərbaycan, rus dillərini bilmək;
- Gərgin əmək şəraitində işləmək qabiliyyəti;
- Müştərilərlə və əməkdaşlarla münasibətdə nəzakət nümayiş etmək və ünsiyyət qurmaq qabiliyyəti.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində) 31.08.2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Müştəri xidmətləri şöbəsinin baş mütəxəssisi) göstərməyiniz xahiş olunur.