ABŞ Prezidenti Donald Tramp, sərmayə qazanclarını inflyasiyaya indeksləyərək vergilərdə endirimə gedə biləcəyini açıqlayıb.
Tramp, Ağ Evdə mətbuat nümayəndələrinə etdiyi açıqlamada, "İndeksləməni uzun zamandır danışırıq. Və bir çox adam indeksləmədən məmnun olacaqdır və bu sadə bir şəkildə edilə bilər. Birbaşa mənim tərəfimdən edilə bilər",- deyib
Trampın bu açıqlaması, ABŞ iqtisadiyyatının durğunluğa girə biləcəyinə dair xəbərdarlıq işarələri verməsinin ardından gəlib. Ancaq Bloomberg-in sorğusuna qatılan iqtisadçılar, iqtisadiyyatın qarşıdakı bir illik dövrdə durğunluğa girməsi ehtimalının yalnız 35% olduğunu düşünür.
Ancaq Vergi Vəqfinə görə, sərmayə qazanclarını indeksləşdirmək iqtisadiyyatı dəstəkləməkdə çox təsirli olmaya bilər. Vəqf, sərmayəçilər üçün vergi endirimlərinin iqtisadiyyatın böyüklüyünü uzun müddətdə 0.11 artıracağı proqnozunu verib.
marja