Tramp - "Fed ən azı 100 bənd faiz endirməlidir" | Banco.az

Tramp - "Fed ən azı 100 bənd faiz endirməlidir"

ABŞ Prezidenti Donald Tramp, Twitter hesabında yazdığı açıqlamasında, "Fed ən azı yüz bənd faiz endirməlidir" ifadəsindən istifadə edib.

Tramp; "İqtisadiyyatımız, Powell və Fed-ə baxmayaraq çox güclüdür, ancaq Demokratlar, 2020 seçkilərindəki məqsədləri üçün iqtisadiyyatı pis hala gətirməyə çalışırlar. Bu çox eqoistcə bir davranışdır. Dollar o qədər güclüdür ki, dünyanın bir çox bölgəsinə çox təəssüf ki, zərər verir. Fed olduqca qısa bir müddət ərzində faizi ən azı 100 bənd azaltmalıdır. Əgər bu reallaşsaydı, həm ABŞ iqtisadiyyatı, həm də dünya iqtisadiyyatı daha güclü olardı" deyib.

Qeyd edək ki, hazırda Fed-in faizi 2 - 2.25% aralığındadır.  Əgər 100 bənd endirim olsa faizlər 1 - 1.25% aralığına düşər.

İnvestorlar Fed-in Sentyabr ayında 50 bənd faiz endirəcəyini gözləyirlər.

marja