Almaniya mərkəzi bankı Bundesbank, Avropanın ən böyük iqtisadiyyatının durğunluğun astanasında ola biləcəyi xəbərdarlığını edib.
Bundesbank, aylıq hesabatında, Almaniyada istehsalın üçüncü rübdə "zəif" qalacağını və düşməyə davam edə biləcəyini qeyd edib. Beləliklə Almaniya iqtisadiyyatı, aprel-iyun dövründəki ikinci rübdə 0.1% kiçildikdən sonra ikinci dəfə geriləmə göstərə və durğunluğa girə bilər.
Məlumata görə, Almaniya dərin durğunluqdan yayınmaq üçün təşviq paketi hazırlayır.
marja