OPEC-in xam neft istehsalı İyulda azalıb | Banco.az

OPEC-in xam neft istehsalı İyulda azalıb

OPEC-in iyul ayı məlumatlarına dair neft bazarı hesabatına görə, keçən ay qlobal neft hasilatı İyun ayı ilə müqayisədə gündəlik 230 min barel artımla təxminən 98,7 milyon barelə yüksəlib.

İyulda OPEC-ə üzv olmayan ölkələrdə neft istehsalı gündəlik 290 min barel artaraq 69,1 milyon barelə çatıb.

OPEC-in gündəlik xam neft istehsalı iyulda iyun ayı ilə müqayisədə 246 min barel azalaraq 29,6 milyon barelə düşüb. Bu dövrdə OPEC-in cəmi qlobal neft hasilatında payı 30% təşkil edib.

Keçən ay OPEC daxilində gündəlik xam neft istehsalını ən çox artıran ölkələr İraq, Əlcəzair və Küveyt olub.

İraqda gündəlik istehsal 32 min barel artımla 4 milyon 753 min barelə yüksəlib. Əlcəzairdə gündəlik xam neft istehsalı 22 min barel artaraq 1 milyon 27 min barelə, Küveytdə 5 min barel artaraq 2 milyon 678 min barelə qalxıb.

OPEC daxilində iyulda gündəlik neft istehsalında ən böyük azalma Səudiyyə Ərəbistanı, İran və Liviyada baş verib.

Səudiyyə Ərəbistanıda gündəlik istehsal 134 min barel geriləyərək 9 milyon 698 minə, İranda 47 min barel azalaraq 2 milyon 213 minə, Liviyada isə 42 min barel azalaraq 1 milyon 78 min barelə düşüb.

QLOBAL NEFT TƏLƏBİ

OPEC-in təxmininə görə, bu il qlobal neft tələbi keçən illə müqayisədə 1 milyon 110 min barel artımla gündəlik 99 milyon 920 min barel olacaq.

marja