Gürcüstan Azərbaycandan elektrik enerjisi idxalını kəskin artırıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Gürcüstan Azərbaycandan elektrik enerjisi idxalını kəskin artırıb

Bu ilin iyul ayında Gürcüstan Azərbaycandan 93 milyon kilovatt/saat elektrik enerjisi idxal edib.

Bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru” (ESCO) məlumat yayıb.

Məlumata görə, bu, ötən ilin iyul ayı ilə müqayisədə 91,86 milyon kilovatt/saat və yaxud, təxminən, 81 dəfə çoxdur.

Bu il avqustun 1-dən 5-nə qədər isə Gürcüstan Azərbaycandan 12,28milyon kilovatt/saat həcmində elektrik enerjisi alıb.

Xatırladaq ki, Gürcüstan Azərbaycandan elektrik enerjisi idxalına ötən ayın əvvəlindən başlayıb. İdxalın kəskin artması yerli SES-lərdə istehsal həcminin aşağı düşməsi, istehlakın isə artması ilə bağlıdır. 

Report.az