30 iyun 2019-cu il tarixinə Azərbaycan Dövlət Neft Fondunun investisiya portfelinə daxil olan qızılın miqdarı 95,47 ton (3 069 414,783 troya unsiyası və ya 4 milyard 356,4 milyon ABŞ dolları) təşkil edib.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin sonunda Dövlət Neft Fondunun investisiya portfelində qızılın ümumi miqdarı 50,95 ton (1 638 186 troya unsiyası həcmində) idi. Beləliklə də, Neft Fondu bu ilin yanvar-iyun aylarında 44,52 ton qızıl alıb.
Marja