Ödəmə vaxtı keçmiş kreditlər İyunda cüzi azalıb | Banco.az

Ödəmə vaxtı keçmiş kreditlər İyunda cüzi azalıb

2019-cu ilin İyun ayında ödəmə vaxtı keçmiş kreditlər 7,8 milyon manat azalaraq 1 milyard 486,5 milyon manata düşüb. May ayının sonunda ödəmə vaxtı keçmiş kreditlər 1 milyard 494,3 milyon manat təşkil etmişdi.

Cari ilin 1-ci yarısında vaxtı keçmiş kreditlər 98,5 milyon manat azalıb.

30 İyun 2019-cu il tarixinə 13 milyard 482,5 milyon manat kreditin 11%-nin və ya 1 milyard 486,5 milyon manatının ödəmə vaxtı keçib. Bu nisbət ötən ilin sonunda 12,2%, Mayın sonunda isə 11,3% idi.

Marja