Ziraat Bank Azərbaycan
Satış və Marketing Qrupuna Baş mütəxəssis/ Aparıcı mütəxəssis/ Mütəxəssis
Vakansiya haqqında məlumat:
“Ziraat Bank Azərbaycan” ASC Satış və Marketing Qrupuna Baş mütəxəssis/ Aparıcı mütəxəssis/ Mütəxəssis vəzifələrinə işə dəvət edir
Vəzifəyə olan tələblər:
- Ali iqtisadi/maliyyə təhsili;
- Yaşı – 25-35 arası;
- Məhsulların inkişaf etdirilməsi və idarəçiliyi sahəsi üzrə bank sektorunda ən azı 2 il iş təcrübəsi;
- Kollektivlə işləmə bacarığı;
- Analitik problemləri təhlil və həll etmək qabiliyyəti;
- Bazarın öyrənilməsi, təhlili, rəqiblərin mövqelərinin izlənməsi;
- Türk, İngilis və Rus dil bilikləri müsbət qarşılanır;
- Kompüter bilikləri (MS Office, Internet, );
- İş təcrübəsindən asılı olaraq vəzifə təklif olunacaqdır.
Əsas vəzifələr:
- Bazarda olan məhsul və texnologiyalardan xəbərdar olub, buna yönəlik bazar araşdırması həyata keçirmək;
- Bazar araşdırması nəticəsində yeni məhsul və xidmətlərin inkişaf etdirilməsi üçün işlər görmək;
- Məhsul keyfiyyətinin yüksəldilməsi üçün sistem inkişaf prosedurlarını gözdən keçirmək, yaxşılaşdırılmasını dəstəkləmək üçün IT ilə işləmək və sistem inkişafı üçün vacib olanları qeydə almaq;
- Planlaşdırılmış və bütün proyektləri idarə etmək;
- Bir məhsulun istehsal proseslərini hazırlamaq və bu prosesi idarə etmək;
- İnkişaf etdirilən məhsulun hüquqi qanunlara , yerli və beynəlxalq qaydalara uyğun olmasını təmin etmək;
- İnkişaf etdirilən məhsulun qiymətləndirilmə, satış və marketinqini həyata keçirmək.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV formalarını Avqust ayının 30-dək [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Satış və Marketinq” qeyd etməyiniz vacibdir.