"Bloomberg HT" Araşdırma Mərkəzi Türkiyə Mərkəzi Bankının faiz qərarı ilə bağlı keçirdiyi sorğunun nəticəsini açıqlayıb.
Sorğuda iştirak edən 20 qurum İyul iclasında faizidə 250 bənd endirim olacağını və 24% olan faizin 21.50% səviyyəsinə düşəcəyini gözləyir.
16 qurumun il sonu gözləntisi isə İyul toplantısı da daxil olmaqla cəmi 600 bənd faiz endirimidir. Proqnoza görə, faiz ilin sonunda 18%-ə düşəcəkdir.
Mərkəzi Bankın faiz qərarı bu gün Bakı vaxtı ilə saat 15:00-da açıqlanacaq.
21 min 856 nəfərin iştirak etdiyi onlayn sorğuya görə, iştirakçıların 49%-i Mərkəz Bankın faizi 300 bənd aşağı salacağını gözləyir.
Marja