"Qızılın unsiyası 1500 dollara qalxa bilər" | Banco.az

"Qızılın unsiyası 1500 dollara qalxa bilər"

"Commonwealth Bank of Australia"nın analitiki Dhar, ABŞ Mərkəzi Bankı Fed-in faiz endirməsi ilə əlaqədar olaraq qızılın unsiyasının 1500 dollara qalxa biləcəyi proqnozunu verib.

Dhar, "etibarlı liman" alışlarına bağlı olaraq qızılın qiymətinin yüksəlməsini gözlədiyini bildirib.

Dhar, Bloomberg TV-yə verdiyi açıqlamada, aşağı real faizlərin qızılda əsas istiqamətverici olduğunu sözlərinə əlavə edib

Qızıl ilin əvvəlindən bu yana 10.5 faiz dəyər qazanıb.

Bakı vaxtı ilə saat 13:00-da qızılın unsiyası 1424 dollar səviyyələrində olub. 

Marja