Azərbaycan bu il ən çox İsveçrə və Rusiyadan məhsul idxal edib | Banco.az

Azərbaycan bu il ən çox İsveçrə və Rusiyadan məhsul idxal edib

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan əsas on ticarət tərəfdaşı ilə ümumi dəyəri 5 mlrd. ABŞ dollarından çox idxal əməliyyatları həyata keçirib.

Dövlət Gömrük Komitəsinin yaydığı məlumatda qeyd olunur ki, hesabat dövründə Azərbaycan idxalının əsas payı İsveçrənin payına düşüb. Bu ölkədən sonra isə əsas idxal Rusiya, Türkiyə və Çindən həyata keçirilib. Qeyd edək ki, ötən il İsveçrədən Azərbaycana 63,4 mln. dollar həcmində məhsul idxal edildiyi halda, bu il üçün bu rəqəm 16 dəfə artaraq 1 mlrd. dolları ötüb.

Xatırladaq ki, cari ilin ilk yarısında Azərbaycan 170-dən çox ölkə ilə 17 mlrd. dollara yaxın ticarət mübadiləsi həyata keçirib.

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın idxalında əsas ölkələrin reytinqi:

#

Ölkə

İdxal, min dollar

Ümumi idxala nisbətən, %

Ötən il reytinqdə mövqeyi

1

İsveçrə

1.009.053,55

14,38

-

2

Rusiya

1.004.069,50

14,31

1

3

Türkiyə

677.400,56

9,66

2

4

Çin

592.562,94

8,45

3

5

ABŞ

411.863,19

5,87

5

6

Kanada

390.615,96

5,57

-

7

Almaniya

331.511,17

4,73

4

8

İran

290.627,33

4,14

8

9

Ukrayna

215.912,28

3,08

6

10

Avstraliya

203.528,70

2,90

-

Ən sərfəli kredit üçün müraciət et

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et